Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Federasiya Kuboku 2026 yarışları keçirilib.
İdman.Biz bildirir ki, turnir səngər stendi (Trap) və dairəvi stend (Skeet) növləri üzrə təşkil olunaraq idmançılara öz dəqiqlik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradıb.
Yarışların nəticələri belədir:
Dairəvi stend:
1. Qurbanov Fuad
2. Mustafayev Əli
3. Ağazadə Niyaz
Dairəvi stend (U21):
1. Teyubov Məhəmməd
2. Əjdərli İslam
3. Allahverdiyev Murad
Səngər stendi:
1. Ağazadə Mirmömin
2. Məmmədov Tamerlan
3. Novruzlu Mürtəza
Səngər stendi (U21):
1. Novruzlu Mürtəza
2. Cəfərova Nərmin
3. Əliyev Osman
Qeyd edək ki, yarışların nəticələri qüvvədə olan yeni ISSF qaydalarına uyğun olaraq müəyyənləşdirilib.
