Azərbaycanın güllə atıcısı: “Avropa çempionatında gümüş medal və yeni təcrübə qazandığıma görə sevinirəm”

12 May 2026 14:56
149
Azərbaycanın güllə atıcısı: “Avropa çempionatında gümüş medal və yeni təcrübə qazandığıma görə sevinirəm”

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında qazandığı gümüş medalın sevincindən danışıb.

O, 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında ilk dəfə medal qazandığını söyləyib.

“Gümüş medal qazandığımıza görə şadam. 25 metr məsafəyə atəş açmada ilk dəfə medal qazanırdım. Yeni təcrübəyə sahib oldum, bunun üçün sevinirəm. Final mübarizəmiz maraqlı alındı. Təəssüf ki, Çexiya təmsilçiləri atışlarda daha dəqiq oldular. Zeynəb Sultanova yaxşı formada idi. Artıq inanmağa başladım ki, medal qazanmaq üçün şanslarımız var. Sevindirici haldır ki, düşüncəmdə yanılmadım. Təbii ki, əvvəlcədən bunu dəqiq demək olmazdı”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, qitə birinciliyində həmçinin Azərbaycanın qadınlardan ibarət komandası 25 metr məsafəyə standart tapançadan atəş açmada bürünc medal qazanıb. Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yarış ərzində yüksək dəqiqlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.

İdman.Biz