Azərbaycan atıcısı Nurlana Cəfərova Dünya Kubokunda finala yüksəlib

5 May 2026 14:14
157
Azərbaycan atıcısı Nurlana Cəfərova Dünya Kubokunda finala yüksəlib

Azərbaycan idmançısı Nurlana Cəfərova Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə keçirilən ISSF Dünya Kubokunda finala yüksəlib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.

Bildirilib ki, qadınlar arasında dairəvi stend növündə yarışan təmsilçimiz yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. O, sabit performansı və dəqiq atışları ilə seçilərək turnirin ən güclü iştirakçıları sırasına yüksəlib.

Qeyd edək ki, final mərhələsi yaxın vaxtlarda baş tutacaq və Nurlana Cəfərova medal uğrunda mübarizə aparacaq.

İdman.Biz