Azərbaycanın gülə atıcısı İslam Əjdərov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, 18 yaşadək idmançılar arasında təşkil olunan yarışda təmsilçimiz dairəvi stend üzrə solo proqramda bürünc medal qazanıb.
İslam Əjdərov yarış boyu yüksək dəqiqlik və sabit performans nümayiş etdirib.
Azərbaycanlı idmançı yarımfinal mərhələsində Macarıstan təmsilçisi Nimrod Peli ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən yarışın ardından Əjdərov Avropa çempionatını bürünc medalla başa vurub.
