MDB Oyunlarının qalibi: “Hədəfim Avropa çempionatında uğur qazanmaqdır”

Xəbərlər
29 Sentyabr 2025 23:43
36
MDB Oyunlarının qalibi: “Hədəfim Avropa çempionatında uğur qazanmaqdır”

“Nəticəyə görə çox xoşbəxtəm”.

İdman.biz xəbər verir ki, bu sözləri III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan samboçusu Abdullətif Musayev jurnalistlərə açıqlamasında deyib.

53 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı final görüşünün ağır keçdiyini bildirib: “Rəqib də güclü idi. Lakin həlledici qarşılaşmaya yaxşı hazırlaşmışdım. Ümumiyyətlə, III MDB Oyunlarına ciddi hazırlıq görmüşdük. Növbəti hədəfim Avropa çempionatında uğur qazanmaqdır”.

Qeyd edək ki, III MDB Oyunlarında sambo yarışları başa çatıb. Azərbaycanın səkkiz idmançısı fəxri kürsüyə yüksəlib.

İdman.biz