Noyabrın 6-dan 8-dək Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək sambo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.
İdman.Biz xəbər verir ki, yığmanın heyətinə yeddi idmançı daxil edilib.
58 kq çəki dərəcəsində Sahib Babayev, 64 kq-da Tural Allahverdiyev, 71 kq-da Elvin Bağırov, 79 kq-da Ricad Nadirov, 88 kq-da Adil Adilzadə, 98 kq-da Tuncay Şamil, 98 kq-dan yuxarı çəkidə isə Məhəmməd Məmmədzadə mübarizə aparacaq.
