Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində “Turan”- “Mladost” (Xorvatiya) qarşılaşmasının keçirilməsi ilə əlaqədar “Turan Tovuz” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, klub müraciətində Misli Premyer Liqasının səkkizinci turunda, oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” - “İmişli” qarşılaşması ilə 18-ci turda baş tutacaq “İmişli” - “Turan Tovuz” matçının keçirilmə yerlərinin dəyişdirilməsini xahiş edib.
PFL “Turan Tovuz” klubunun müraciətini və “İmişli”nin razılıq məktubunu nəzərə alaraq, ölkəmizdə keçiriləcək Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunması məqsədilə komandalar arasında birinci və ikinci dövrələrdə keçiriləcək oyunların yerini dəyişib.
Beləliklə, Misli Premyer Liqasının səkkizinci turunda “Turan Tovuz” - “İmişli” oyunu oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.
