Sentyabrın 29-da Göygöl Olimpiya İdman Kompleksində sambo üzrə III MDB Oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, xalça üzərində azərbaycanlı samboçu Nihad Rəhimov ilə qırğızıstanlı Nikita Pak qarşılaşıb.
Gərgin keçən görüşdə idmançımız üstünlüyünü nümayiş etdirərək rəqibini məğlub edib və qələbə qazanıb.
11:20
Sentyabrın 29-da Göygöl Olimpiya İdman Kompleksində sambo üzrə III MDB Oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, seçmə mərhələdə xalçaya çıxan ilk idmançılardan biri azərbaycanlı samboçu Əbdülətif Musayev olub. Onun rəqibi isə tacikistanlı Mirzokarim İsmayılov olub.
İdmançımız seçmə mərhələsində görüşün əvvəlindən üstünlüyünü nümayiş etdirərək rəqibini məğlub edib və qələbə qazanıb.