Bakıda yelkən həyəcanı: Dənizkənarı Bulvarda yarış keçiriləcək

28 Aprel 2026 11:43
131
Bakıda yelkən həyəcanı: Dənizkənarı Bulvarda yarış keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, mayın 2-3-də Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.

Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq.

Yarış iki kateqoriyada - yeniyetmələr optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

“Prezident Kuboku” Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında keçiriləcək.

İdman.Biz