Yelkənli qayıqlar Novruz bayramında Bakıya qayıdır

17 Mart 2026 15:13
95
Yelkənli qayıqlar Novruz bayramında Bakıya qayıdır

Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) Novruz bayramı ilə əlaqədar xüsusi tədbir təşkil edəcək.

İdman.Biz xəbər verir ki, bayram şənliyi martın 21-də saat 13:00-dan etibarən Bakı bulvarında, Qız Qalası ilə üzbəüz dəniz kənarında keçiriləcək və sakinlər üçün açıq olacaq.

Tədbir çərçivəsində avarçəkənlər akademik avarçəkmə, kayak, kanoe və draqon qayıqlarında nümunəvi çıxışlar nümayiş etdirəcəklər. Avarçəkmə qayıqlarını bayraqlarla müşayiət edən skuterlər isə su üzərində rəngli və cəlbedici görüntülər yaradacaq.

Bayram şənliyində həmçinin paytaxt sakinləri üçün maraqlı viktorinalar və əyləncələr təşkil olunacaq.

Xüsusi diqqət çəkən yenilik isə yelkənli qayıq idman növüdür. Uzun fasilədən sonra yelkənli qayıqlar Novruz bayramında Bakıya qayıdır və avarçəkmə qayıqları ilə birlikdə Xəzərin sularını bəzəyəcək.

İdman.Biz