"Bu düzgün məşq prosesinin bəhrəsidir".
İdman.Biz xəbər verir ki, bu sözləri avarçəkənimiz Qiyas Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu yarışa çox ciddi hazırlaşıb:
"Çox şadam ki, bu yarışda ən yüksək nəticəni göstərdik. Beynəlxalq reqataya çox ciddi hazırlaşmışdıq. Əvvəlcədən inanırdıq ki, nəticəmiz əla olacaq. Baxmayaraq ki, müəyyən çətinlinlər oldu. Gündüz saatlarında keçirilən yarış olduğu üçün müəyyən yorğunluq var idi".
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku-2026” beynəlxalq reqatasının Mingəçevirdə keçirilən son günündə yığmamızın üzvləri Tengiz Qaqnidze və Qiyas Əhmədov dueti (200 metr, kayak, 2008-2009) qızıl medal əldə ediblər.
Humay İsgəndərova
