Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku-2026” beynəlxalq reqatasının birinci yarış günündə idmançımız medal qazanıb.
İdman.Biz xəbər verir ki, komandamızın üzvü Əlimurad Hacızadə (2008–2009 təvəllüdlü) birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.
Digər mükafatçıların siyahısını təqdim edirik:

Tədbir çərçivəsində birinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
12:47
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının rəsmi açılışı mərasimi baş tutub.
İdman.Biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda artıq altıncı dəfədir beynəlxalq avarçəkmə yarışlarının keçirildiyini xatırladıb.

Nazir Qarabağın dilbər guşəsi Suqovuşanda təşkil olunan yarışda bütün iştirakçılara uğurlar arzulayıb:
"Hər kəsi böyük idman bayramı münasibəti ilə təbrik edirəm. Ölkə başçısı, İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir. Bu gün mübarizə Suqovuşanda davam edəcək. İnanıram ki, ən güclü qalib gələcək".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş qrupları üzrə avarçəkənlər bir nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafədə mübarizə aparacaqlar.



12:53
Bu gün Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasında ilk mükafatçılar bəlli olacaq.
İdman.Biz xəbər verir ki, mübarizəyə Suqovuşanda, saat 12:00-da start veriləcək.
Günün yekununda mükafatçılar təltif olunacaqlar.
Qeyd edək ki, reqatada Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirə aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.
Humay İsgəndərova
