Avarçəkmə ulduzları rəqiblərini tanıdı - FOTO

28 Aprel 2026 18:25
150
Avarçəkmə ulduzları rəqiblərini tanıdı - FOTO

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, baydarka və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının püşkatma mərasimi təşkil olunub.

İdman.Biz xəbər verir ki, tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının rəsmiləri, hakimlər kollegiyası, komanda nümayəndələri və məşqçilər iştirak ediblər. Püşkatma zamanı komandaların çıxış ardıcıllığı, idmançıların mübarizə aparacağı cütlüklər və məsafələr müəyyənləşdirilib.

Qeyd edək ki, turnir hər il olduğu kimi bu dəfə də həm yerli, həm də xarici idmançıların iştirakı ilə gərgin mübarizə və maraqlı idman hadisələri vəd edir.

İdman.Biz