Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası İtaliyada keçirilən “Paolo d'Aloja” xatirə turnirində uğurla çıxış edib. Aprelin 24-dən 26-na qədər davam edən nüfuzlu yarışda idmançılarımız iki medal əldə ediblər.
İdman.Biz xəbər verir ki, Nurlan Paşayev və Ziya Məmmədzadə cütü iki nəfərlik qayıqda 2000 metr məsafəyə təşkil olunan yarışda finişə ikinci çatıblar. Bununla da idmançılarımız gümüş medala sahib çıxıblar.

Eyni məsafədə bir nəfərlik qayıqla mübarizə aparan Azər İlyasov isə üçüncü pillədə qərarlaşıb. O, inamlı çıxışı ilə bürünc mükafatı aktivinə yazdırıb.

Qeyd edək ki, komandamız turnirdə baş məşqçi Volodimir Morozovun rəhbərliyi altında təmsil olunub.
