Akademik avarçəkmə üzrə Azərbaycanın gənclərdən ibarət yığma komandası İtaliyanın ev sahibliyi edəcəyi “Paolo d’Aloja” xatirə turnirində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası yarışa üç nəfərlik heyətlə yollanıb.
Komandanın tərkibində Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev yer alıb.
Qeyd edək ki, yığmanın rəhbəri və məşqçisi Volodimir Morozovdur.
