Azərbaycanın akademik avarçəkənləri İtaliyada keçiriləcək “Paolo De Aloya” xatirə turnirində qüvvələrini sınayacaqlar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, aprelin 24-26-da baş tutacaq nüfuzlu beynəlxalq yarışda ölkəmizi üç idmançı təmsil edəcək.
Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Volodimir Morozovun rəhbərliyi altında mükafatlar uğrunda yarışacaqlar.
