“Mingəçevir Reqatası-2026”da ikinci günə start verilir - FOTO

30 Sentyabr 2026 09:47
117
“Mingəçevir Reqatası-2026”da ikinci günə start verilir - FOTO

Füzulidə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində bu gün ikinci yarış gününə start verilir.

İdman.Biz-in yarışa ezam olunan əməkdaşının məlumatına görə, ötən gün Azərbaycan təmsilçiləri bir qızıl, bir gümüş və iki bürünc olmaqla ümumilikdə dörd medal qazanıblar.

Bir nəfərlik kayak qayığı üzrə 200 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Əlimurad Hacızadə qızıl, Nuran Rəhimli isə gümüş medal əldə edib.

Digər iki bürünc medalı isə Hüseyn Səmədli və Elmir Tarverdiyev qazanıblar. Hüseyn Səmədli 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kanoe qayığı üzrə 200 metr məsafədə, Elmir Tarverdiyev isə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığı üzrə 200 metr məsafədə üçüncü olub.

Bu gün və sabah yarışın bütün növləri və məsafələri üzrə mübarizə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edir.

Humay İsgəndərova

İdman.Biz