Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə üç medal əldə ediblər - FOTO/VİDEO

18 Aprel 2026 16:36
147
Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə üç medal əldə ediblər - FOTO/VİDEO

Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar Kuboku” beynəlxalq reqatası başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan komandası yarışda uğurlu çıxışı ilə yadda qalıb.

Bir nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. O, həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub.

Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyası “Bahar Kuboku”nu iki gümüş, bir bürünc medalla başa vurub.

İdman.Biz