Qazaxıstanın Uralsk şəhərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.
İdman.Biz bildirir ki, 1-2 iyun tarixlərində baş tutacaq yarışda Azərbaycan komandası 4 nəfərlik heyətlə təmsil olunacaq.
Kanoedə Fəxri Sadıqlı və Vaqif Mustafazadə, kayakda isə Sənan Cəfərzadə və Tahir Mövsümov mübarizə aparacaq.
