Azərbaycan kanoeçisi Tatyana Smilovenko Dünya Kubokunda çıxış edəcək

5 May 2026 18:02
156
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Dünya Kubokunda çıxış edəcək

Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanın Seqed şəhərində keçiriləcək Dünya Kubokunun birinci mərhələsində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.

Qeyd edək ki, kayak və kanoe üzrə Dünya Kuboku mayın 8-10-da təşkil olunacaq.

İdman.Biz