“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu A qrupunun açılış matçında Litvada “Ritas”ın qonağı olacaq.
Vilnüsdəki “Arena Vilnius”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, A qrupunda “Sabah”la yanaşı Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” komandaları da yer alır.
