Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, Tçkayev final görüşündə Gürcüstan təmsilçisi, üçqat dünya çempionu Tato Qriqalaşviliyə məğlub olub.
Bu çəki dərəcəsində daha bir Azərbaycan təmsilçisi Ömər Rəcəbli bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisinin doğma meydanda keçirilən dünya çempionatında qazandığı medalların sayı dördə çatıb. Yığmanın aktivində bir qızıl, bir gümüş və iki bürünc medal var.
Yarışın əvvəlki günlərində Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
Bu gönderiyi Instagram'da gör18:45
Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, Rəcəbli bürünc medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abılayxan Jubanazara qalib gəlib.
Qeyd edək ki, bu, Rəcəbli üçün böyüklər arasında cüdo üzrə ilk dünya çempionatıdır.
81 kq çəki dərəcəsinin finalında digər Azərbaycan cüdoçusu Zelim Tçkayev qızıl medal uğrunda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşacaq.
15:34
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Z.Tçkayev qızıl medal uğrunda görüşə vəsiqə əldə edib.
O, bu raundda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.
Digər Azərbaycan cüdoçusu Ömər Rəcəbli isə eyni çəki dərəcəsində təsəlliverici görüşdə Sloveniyanı təmsil edən Nake Herkoviçə qalib gələrək bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazara qarşı görüşə vəsiqə qazanıb.
Daha əvvəl Hanna Zaytseva (63 kq) 1/16 finalda Macarıstan təmsilçisi Anna Kriza ilə üz-üzə gəlib və məğlub olub. Vüsal Qələndərzadə (81 kq) isə 1/8 finalda qazaxıstanlı Abilayxan Zubanazara uduzub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
14:52
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev belçikalı Mattias Kasseyə vaza-ari və yuko xalları qalib gələrək növbəti mərhələyə yüksəlib.
Digər Azərbaycan cüdoçusu Ömər Rəcəbli isə eyni çəkidə təsəlliverici görüşdə Sloveniyanı təmsil edən Nake Herkoviçə qalib gəlib və bürünc medal uğrunda döyüşə vəsiqə qazanıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
14:49
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşdə qalib gəlib.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Sloveniyanı təmsil edən Nake Herkoviç üzərində qələbə qazanaraq bürünc medal görüşünə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında 1/4 finalda BƏƏ təmsilçisi Nuqzari Tatalaşvili ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
14:32
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxacaq.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda serbiyalı Mihaylo Siminə məğlub olub.
Azərbaycan təmsilçisi təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçlə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında 1/4 finalda BƏƏ təmsilçisi Nuqzari Tatalaşvili ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
14:24
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində məğlub olub.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı qazaxıstanlı Abilayxan Zubanazara uduzub.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Ömər Rəcəbli və Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıblar.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
14:09
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Z.Tçkayev 1/4 finala adlayıb. Onun növbəti raunddakı rəqibi belçikalı Mattias Kasse olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçusu Ömər Rəcəbli də Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib.
13:53
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda özbəkistanlı Murodcon Yuldoşevi məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
13:50
Azərbaycan cüdoçusu Hanna Zaytseva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
İdman.Biz xəbər verir ki, 63 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Macarıstan təmsilçisi Anna Kriza ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan idmançımız yarışla vidalaşıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
13:06
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda estoniyalı Saad Dikayevi ipponla məğlub edib.
Daha əvvəl Ömər Rəcəbli və Zelim Tçkayevdə 1/8 finala vəsiqə qazanmışdı.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
12:37
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı Sibqatullah Arabı (IRT) məğlub edib.
Daha əvvəl Zelim Tçkayevdə 1/8 finala vəsiqə qazanmışdı.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
12:16
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında ilk görüşünə çıxıb.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Viktor Sterpu (Moldova) ilə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Z.Tçkayev 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
11:28
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkova qalib gəlib.
Qələndərzadə növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
09:23
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə start verəcək.
İdman.Biz xəbər verir ki, bu gün Hanna Zaytseva (63 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hamısı 81 kq) tatamiyə çıxacaqlar.
H.Zaytseva 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) - Anna Kriza (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
V.Qələndərzadə 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Z.Tçkayev 1/16 finalda Timoti Meuvsen (Cənubi Afrika Respublikası) - Viktor Sterpu (Moldova), Ö.Rəcəbli Sibqatullah Arab (IRT) - Mahamadu Dukara (Mali) duelinin güclüsü ilə görüşəcək.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Foto: İslam Atakişiyev
