Azərbaycan avarçəkəni Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək

21 May 2026 17:27
99
Azərbaycan avarçəkəni Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək

Almaniyanın Brandenburq şəhərində keçiriləcək 19 yaşadək avarçəkənlərin Avropa çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnirdə Azər İlyasov mübarizə aparacaq. Gənc avaçəkən artıq sözügedən ölkəyə yollanıb.

Xatırladaq ki, Avropa çempionatı mayın 23-24-də təşkil olunacaq.

İdman.Biz