Azərbaycan avarçəkənləri beynəlxalq reqatanı doqquz medalla başa vurdular - YENİLƏNİB + FOTO/VİDEO

1 May 2026 14:50
702
Azərbaycan avarçəkənləri beynəlxalq reqatanı doqquz medalla başa vurdular - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku-2026” beynəlxalq reqatasını doqquz medalla başa vurub.

İdman.Biz xəbər verir ki, Mingəçevirdə keçirilən yarışın son günündə yığmamız bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

Qızıl medalı Tengiz Qaqnidze - Qiyas Əhmədov dueti (200 metr, kayak, 2008-2009) əldə edib. Niyaz Məlikov - İvan Vorobyanski (200 metr) gümüş medal qazanıb.

Sənan Cəfərzadə - Tahir Mövsümov (1000 metr, kayak, 2010-2011) və Azər İlyasov - Tunar Məmmədzadə (1500 metr, akademik avarçəkmə, 2008-2009) isə bürünc medala sahib çıxıblar.

Yarışın əvvəlki günlərində də Azərbaycan idmançıları uğurlu nəticələr göstəriblər. Azər İlyasov birnəfərlik qayıqda (1500 metr) qızıl medal qazanıb. Əlimurad Hacızadə (500 metr kayak) gümüş əldə edib. Mustafa Vəlizadə - Elmir Tarverdiyev (500 metr kayak) və Niyaz Məlikov - İvan Vorobyanski (1000 metr kayak) cütlükləri isə bürünc medal qazanıblar. Bundan əlavə, Əlimurad Hacızadə 200 m məsafədə də gümüş medal əldə edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

14:37

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku-2026” beynəlxalq reqatasının son yarış günündə idmançılarımızın uğurları davam edir.

İdman.Biz xəbər verir ki, komandamızın heyətində Sənan Cəfərzadə və Tahir Mövsümov (2010-2011) ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.

14:14

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku-2026” beynəlxalq reqatasının son yarış günündə idmançılarımız qızıl və gümüş medal qazanıblar.

İdman.Biz xəbər verir ki, komandamızın heyətində Tengiz Gagnidze, Qiyas Əhmədov (2008–2009 təvəllüdlü) qızıl, Niyaz Məlikov və İvan Vorobjanski (2008–2009 təvəllüdlü) isə ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıblar.

09:25

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasına yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində sonuncu mükafatçılar bəlli olacaq.

Ötən gün Azərbaycan təmsilçilərindən Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008-2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal əldə edib. Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub. Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.

Həmçinin Niyaz Malikov - İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) bürünc medala sahib çıxıblar.

Daha əvvəl isə Əlimurad Hacızadə birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Humay İsgəndərova

İdman.Biz