Akademik avarçəkmə üzrə təşkil olunan “Paolo d’Aloja” xatirə turnirində medal qazanan idmançılarımız Nurlan Paşayev, Ziya Məmmədzadə və Azər İlyasov Vətənə qayıdıb.
İdman.Biz xəbər verir ki, onlar bu gün ölkəmizə çatıblar.
Qeyd edək ki, Nurlan Paşayev-Ziya Məmmədzadə cütü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə bir nəfərlik qayıqda üçüncü yer tutub.
