İtaliyada üçüncü, Mingəçevirdə birinci: Avarçəkənimiz Azər İlyasovdan AÇIQLAMA - VİDEO

30 Aprel 2026 17:22
179
İtaliyada üçüncü, Mingəçevirdə birinci: Avarçəkənimiz Azər İlyasovdan AÇIQLAMA - VİDEO

"Dörd gün əvvəl İtaliyada baş tutan beynəlxalq reqatada da üçüncü yeri qazanmışdım".

İdman.Biz xəbər verir ki, bu sözləri Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günündə birnəfərlik akademik avarçəkmə növündə 1500 metr məsafəyə final yürüşündə qızıl medal qazanan Azər İlyasov (2008-2009) deyib.

O bildirib ki, İtaliyadakı yarışın yorğunluğuna baxmayaraq qalib gəlməyi bacarıb:

"Çoxdandır bu yarışa hazırlaşırdım. Sabah da ikinəfərlik kayakda yarışacam. Hədəfim orada da birinci yeri tutmaqdır".

Humay İsgəndərova

İdman.Biz