“Hava soyuq olsa da, gücümü göstərə bildim” - Əlimurad Hacızadənin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

29 Aprel 2026 16:17
181
“Hava soyuq olsa da, gücümü göstərə bildim” - Əlimurad Hacızadənin İDMAN.BİZ-ə AÇIQLAMASI

"Hava şəraiti soyuq idi. Buna baxmayaraq gücümü göstərə bildim".

Bunu İdman.Biz-ə açıqlamasında birnəfərlik kayakda "Prezident Kuboku-2026" beynəlxalq reqatasında gümüş medal qazanan Əlimurad Hacızadə (2008-2009) deyib.

O bildirib ki, Azərbaycana ilk medalı qazandırdığı üçün sevinclidir.

"Yarışlara uzun müddətdir hazırlaşırdım. İnşallah növbəti yarışda ölkəmizə qızıl medal qazandırarıq".

Humay İsgəndərova

İdman.Biz