“Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günündə Azərbaycan komandası daha bir medal qazanıb.
İdman.Biz xəbər verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Niyaz Məlikov və İvan Vorobjansky (2008-2009 təvəllüdlü) ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə final yürüşündə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, daha əvvəl Mustafa Vəlizadə və Elmir Tarverdiyev (2010-2011 təvəllüdlü) ikinəfərlik kayak qayığında 500 metr məsafəyə final yürüşündə bürünc medala layiq görülüblər. Avarçəkənimiz Azər İlyasov birnəfərlik akademik avarçəkmə növündə 1500 metr məsafəyə final yürüşündə qızıl, Əlimurad Hacızadə isə birnəfərlik kayak qayığında 500 metrlik məsafəyə yürüşdə gümüş medala layiq görülüb.
Beləliklə, Azərbaycan yığmasının bu yarış günündə qazandığı medalların sayı 4-ə yüksəlib.
15:17
Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günündə növbəti medalı qazanıblar.
İdman.Biz xəbər verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışlarda Mustafa Vəlizadə və Elmir Tarverdiyev (2010–2011 təvəllüdlü) ikinəfərlik kayak qayığında 500 metr məsafəyə final yürüşündə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, avarçəkənimiz Əlimurad Hacızadə (2008-2009) birnəfərlik kayak qayığında 500 metrlik məsafəyə yürüşdə gümüş medala layiq görülüb. O, ötən gün birnəfərlik kayakda 200 metr məsafəyə yarışda da gümüş medal qazanıb.
Humay İsgəndərova
