“Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günündə Azərbaycan komandası üçüncü medalını qazanıb.
İdman.Biz xəbər verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Azərbaycan avarçəkəni Azər İlyasov (2008-2009) birnəfərlik akademik avarçəkmə növündə 1500 metr məsafəyə final yürüşündə qızıl medal əldə edib.
Qeyd edək ki, avarçəkənimiz Əlimurad Hacızadə (2008-2009) birnəfərlik kayak qayığında 500 metrlik məsafəyə yürüşdə gümüş medala layiq görülüb. O, ötən gün birnəfərlik kayakda 200 metr məsafəyə yarışda da gümüş medal qazanıb.
12:32
Azərbaycanlı idmançı “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günündə də uğura imza atıb.
İdman.biz verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Azərbaycan avarçəkənlərindən Əlimurad Hacızadə (2008-2009) birnəfərlik kayak qayığında 500 metrlik məsafəyə yürüşdə gümüş medala layiq görülüb.
Qeyd edək ki, o, ötən gün birnəfərlik kayakda 200 metr məsafəyə yarışda da gümüş medal qazanıb.
Digər mükafatçıların siyahısını təqdim edirik:

10:37
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günündə yürüşlərə start verilib.
İdman.biz verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda komandalar müxtəlif məsafələr üzrə kayak, kanoe və akademik avarçəkmə növündə qüvvələrini sınayırlar.
Qeyd edək ki, reqataya mayın 1-də yekun vurulacaq.
09:19
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında növbəti yarışlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışın dördüncü günündə Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.
Yarış aprelin 27-də ilk dəfə Sərsəng su anbarında start götürüb.
Ötən gün Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə 2008-2009 təvəllüdlü idmançılar arasında birnəfərlik kayakda 200 metr məsafəyə yarışda gümüş medal qazanıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.
Humay İsgəndərova
