Fərhad Əliyev: “Ölkəmizə gələn qonaqlar yarışla bağlı öz razılıqlarını bildirirlər”

27 Aprel 2026 15:52
166
Fərhad Əliyev: “Ölkəmizə gələn qonaqlar yarışla bağlı öz razılıqlarını bildirirlər”

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının Ağdərədə start götürməsi sevindirici haldır”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev mətbuat konfransında bildirib.

“Hər dəfə ölkəmizə gələn qonaqlar yarışla bağlı öz razılıqlarını bildirirlər. Sevindirici məqamlardan biri də odur ki, hər il yarışların keçirilmə yeri dəyişir. Xüsusilə turnirin işğaldan azad olunan bölgələrdə keçirilməsi xüsusilə sevindirici haldır” , - deyə qurum rəsmisi bildirib.

Humay İsgəndərova

İdman.Biz