İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
2 Aprel 2024 17:05
149
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, aprelin 1-7-də müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Alpinizm üzrə Rusiya açıq çempionatı (boulderinq, sürət, çətinlik) - 31 yanvar – 7 aprel (Rusiya, Moskva);
Ağırlıqqaldırma üzrə Dünya Kuboku (Paris-2024 Olimpiya Oyunlarına lisenziya yarışı) - 26 mart - 12 aprel (Tailand, Phuket);
“PUBG M” Universitetlərarası Gənclər Liqası – 1-30 aprel (onlayn);
Badminton üzrə "Condensate Kazakhstan 2024" - 2-6 aprel (Qazaxıstan, Uralsk);
Boks üzrə gənc oğlanlar və qızlar arasında Avropa birinciliyi - 2-15 aprel (Xorvatiya);
Batut gimnastikası və tamblinq üzrə böyüklər və gənclər arasında Avropa çempionatı – 3-7 aprel (Portuqaliya, Qimarayeş);
Atıcılığın dresaj növü üzrə "Maksima masters" yarışı - 4-7 aprel (Rusiya);
Bədii gimnastika üzrə beynəlxalq turnir - 4-7 aprel (Bolqarıstan, Sofiya);
“Tour of Mersin” beynəlxalq velosiped yarışı (Elit/U23) (UCİ 2.2) – 4-7 aprel (Türkiyə);
Qadınlar arasında 3x3 basketbol turniri - 5-14 aprel (Honq-Konq);
Taekvondo üzrə “Spanish open” – 5-7 aprel (İspaniya, La Nusiya);
Cüdo üzrə qadınlar arasında Avropa kuboku - 6-7 aprel (Xorvatiya, Dubrovnik);
Cüdo üzrə Avropa kuboku - 6-10 aprel (Çexiya, Teplis);
Həndbol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələ oyunu (İspaniya-Azərbaycan) – 7 aprel (İspaniya, Madrid).

İdman.biz

Məqalədə: