Kembric Universitetinin eksperti İdman Akademiyasında dəyirmi masa keçirib - FOTO

16 Sentyabr 2026 11:38
83
Kembric Universitetinin eksperti İdman Akademiyasında dəyirmi masa keçirib - FOTO

Azərbaycan İdman Akademiyasında (ASA) Kembric Universitetinin eksperti Dr. Reyçel Ceffersonun rəhbərliyi ilə “Kurikulumun xəritələnməsi” mövzusunda dəyirmi masa keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dəyirmi masaya müxtəlif təşkilatların və ali təhsil müəssisələrinin nümayəndələri qatılıb.

Kembric Universitetinin eksperti Dr. Reyçel Cefferson mövzu ilə bağlı məruzə ilə çıxış edərək müasir yanaşmalar və səmərəli kurikulum tərtibatının əsas prinsipləri haqqında məlumat verib.

Dəyirmi masaya dəvət olunan Kembric Təhsildə Əməkdaşlıq qurumunun Avropa, Mərkəzi Asiya, Şimali və Cənubi Amerika üzrə rəhbəri Stiven Kinq isə müzakirələrdə öz təcrübəsini bölüşüb.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

İdman.Biz