Snuker üzrə Azərbaycan çempionatının qalibləri məlum olub.
İdman.Biz xəbər verir ki, oktyabrın 31-dən noyabrın 2-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yarışda idmançılar çempionluq uğrunda mübarizə aparıblar.
Turnirin yekununda Orxan Qubatov bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Orxan Rzayev ikinci, Vüqar Omarov və Tural Zeynallı isə üçüncü yeri bölüşüblər.
Qeyd edək ki, üç gün davam edən çempionatın əsas məqsədi ölkənin ən güclü snukerçilərini müəyyənləşdirmək, onların peşəkarlıq səviyyəsini artırmaq və bu idman növünün təbliğinə töhfə vermək olub.
