Azərbaycanlı qardaşlar beynəlxalq olimpiadada qalib oldular

3 Noyabr 2026 20:06
107
Azərbaycanlı qardaşlar beynəlxalq olimpiadada qalib oldular

Azərbaycanı təmsil edən İmran və İbrahim Novruzi qardaşları Türkiyənin Antalya şəhərində təşkil olunan Beynəlxalq Mental Arifmetika Olimpiadasında uğurlu çıxış ediblər.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, İmran Novruzi öz yaş kateqoriyasında bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb.

Onun kiçik qardaşı İbrahim Novruzi isə iştirak etdiyi kateqoriyada “Super Çempion” titulunu qazanıb. O, yüksək nəticəsinə görə pul mükafatı ilə də təltif olunub.

Oktyabrın 31-dən noyabrın 1-dək davam edən beynəlxalq yarışda 16 ölkənin nümayəndələri iştirak ediblər.

İdman.Biz