Azərbaycan idmançılarının 1 noyabr 2026-cı il tarixinə olan reytinq cədvəli açıqlanıb.
İdman.Biz xəbər verir ki, noyabr ayının reytinqinə 470 xalla sərbəst güləşçi Arseniy Cioyev başçılıq edir.
İkinci pillədə 440 xalla cüdoçu Əhməd Yusifov qərarlaşıb. İlk üçlüyü 410 xalla digər sərbəst güləşçi Giorgi Meşvildişvili tamamlayır.
Dördüncü yeri 400 xalla cüdoçu Zelim Tçkayev, beşinci pilləni isə 395 xalla yunan-Roma güləşçisi Nihat Məmmədli tutur.
Noyabr ayı üzrə ilk onluq belədir:
1. Arseniy Djioyev (sərbəst güləş, 2026-cı il dünya və Avropa çempionatlarının gümüş, 2025-ci il dünya çempionatının bürünc mükafatçısı) - 470 xal
2. Əhməd Yusifov (cüdo, 2026-cı il dünya çempionu, 2025 və 2026-cı illərdə Avropa çempionatının bürünc mükafatçısı) - 440 xal
3. Giorgi Meşvildişvili (sərbəst güləş, Paris-2024 Olimpiadasının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, 2025-ci il dünya çempionatının gümüş, 2026-cı ilin bürünc mükafatçısı) - 410 xal
4. Zelim Tçkayev (cüdo, 2026-cı il dünya çempionatının gümüş, 2025-ci ilin bürünc mükafatçısı) - 400 xal
5. Nihat Məmmədli (yunan-Roma güləşi, 2024-cü il dünya çempionu, ikiqat Avropa çempionu, 2026-cı il dünya çempionatının gümüş mükafatçısı) - 395 xal
6. Uşanqi Kokauri (cüdo, ikiqat dünya çempionatının gümüş mükafatçısı - 2018 və 2026) - 360 xal
7. Sənan Süleymanov (yunan-Roma güləşi, 2026-cı il dünya, 2020-ci il Avropa çempionu, dünya çempionatlarının ikiqat gümüş mükafatçısı) - 350 xal
8. Əli Tsokayev (sərbəst güləş, 2026-cı il Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı, U23 Avropa çempionu) - 350 xal
9. Səidcəmşid Cəfərov (boks, 2026-cı il Avropa çempionu və Dünya Kuboku mərhələsinin qalibi) - 350 xal
10. Həsrət Cəfərov (yunan-Roma güləşi, Paris-2024 Olimpiadasının bürünc mükafatçısı, dördqat Avropa çempionu, dünya çempionatlarının ikiqat gümüş mükafatçısı) - 350 xal
Əvvəlki ayın reytinqində 350 xalla birinci olan boksçu Səidcəmşid Cəfərov noyabr siyahısında doqquzuncu pilləyə geriləyib. Oktyabrda səkkizinci yeri tutan Arseniy Cioyev isə 220 xaldan 470 xala yüksələrək liderliyi ələ keçirib.
Oktyabrda üçüncü pillədə qərarlaşan cüdoçu Hidayət Heydərov, eləcə də ikinci yeri tutan taekvondoçu Qaşım Maqomedov noyabrın ilk onluğuna düşməyiblər.
Qeyd edək ki, noyabr reytinqinin ilk onluğunda sərbəst və yunan-Roma güləşinin hər birindən üç, cüdodan üç, boksdan isə bir idmançı yer alıb.
