“Sağlam həyat” səyyar avtomobili Qazax-Tovuz regionunda fəaliyyət göstərib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində Qazax rayonunun Çaylı kəndində, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində, Tovuz rayonunun Əyyublu qəsəbəsində, Şəmkir rayonunun Kür və Dəllər Cəyir qəsəbələrində, həmçinin Gədəbəy rayonunun Slavyanka qəsəbəsində tədbirlər keçirilib. Ümumilikdə layihədə 559 nəfər iştirak edib.
Layihə zamanı sakinlər səyyar avtomobildə quraşdırılmış idman qurğularından istifadə edərək müxtəlif fiziki tapşırıqları yerinə yetirib və öz fiziki güclərini sınayıblar.
