Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
11 Mart 2024 16:00
118
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, martın 11-17-də müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- “İdman hamı üçün” layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar – 12 mart, saat 17:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar – 14 mart, saat 11:00 (Xızı şəhər tam orta məktəbi);
- “Sağlam həyat” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar – 14 mart, saat 19:00 (Xırdalan şəhəri, Abşeron idman klubu);
- Novruz bayramına həsr edilmiş futbol üzrə 2014-2015-ci il təvəllüdlü oğlanlar arasında İOEUGİM-in açıq birinciliyi – 14-15 mart, saat 16:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Novruz bayramına həsr edilmiş ağırlıqqaldırma idman növü üzrə 2008-ci il və daha kiçik təvəllüdlü oğlanlar arasında “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİM-in açıq birinciliyi – 15-16 mart, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Cüdo üzrə 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında respublika birinciliyi – 15-17 mart, saat 10:00 (“Təhsil” RİM, şəhər 1 nömrəli İOEUGİM)
- Novruz bayramına həsr edilmiş voleybol üzrə 2009-2010-cu il təvəllüdlü oğlanlar arasında “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİM-in açıq birinciliyi – 15-17 mart, saat 12:00 (Sumqayıt şəhər, 20 nömrəli tam orta məktəb)
- Novruz bayramına həsr edilmiş cüdo idman növü üzrə 2010-2012; 2013-2014-cü il təvəllüdlü oğlan və qızlar arasında İOEUGİM-in birinciliyi – 16 mart, saat 10:00 (Mehdi Hüseynzadə adına şəhər stadionu, Cüdo Təlim Mərkəzi);
- Novruz bayramına həsr edilmiş sərbəst güləş üzrə 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında İOEUGİM-in açıq birinciliyi – 17 mart, saat 10:00 (“Alüminiumçu” İdman Evi).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Novruz bayramı münasibətilə nərd üzrə turnir - 12 mart, saat 14:00 (Qobustan Gənclər evi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Taekvondo hamı üçün" devizi altında məşğələ - 14 mart, 14:30 (Ağsu rayonu, 3 saylı tam orta məktəb);
- Nərd üzrə rayon çempionatı - 14-15 mart, saat 15:00 (İsmayıllı rayonu, Heydər Əliyev Mərkəzi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində idman tədbiri - 15 mart, 11:00 (Şamaxı rayonu, Göylər kənd 2 saylı tam orta məktəb);
- Şəhid Teymur Rəsulovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis üzrə turnir - 16 mart, saat 14:00 (Qobustan Olimpiya İdman Kompleksi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 14 mart, saat 14:00 (Dəliməmmədli şəhər güləş məktəbi);
- Sürətli şahmat yarışı - 16 mart, saat 10:00 (Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi PHŞ).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında minifutbol üzrə rayon birinciliyi - 13 mart, saat 12:00 (Ağstafa rayonu, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Boks üzrə nümunəvi çıxışlar - 15 mart, saat 15:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 15 mart, saat 15:30 (Qazax Olimpiya İdman Kompleksi).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Taekvondo üzrə master-klas - 12 mart, saat 16:00 (Xaçmaz rayonu, Taekvondo idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə təlim məşqlər - 13 mart, saat 10:00 (Qusar Olimpiya İdman Kompleksi);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində minifutbol idman növü üzrə nümunəvi çıxışlar - 13 mart, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Novruz bayramı münasibətilə Quba-Xaçmaz iqtisadi regionu üzrə müxtəlif idman növlərinin “İdman festivalı” – 14 mart, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- Novruz bayramı münasibətilə 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında voleybol üzrə Siyəzən rayon birinciliyi - 15 mart, saat 10:00 (Siyəzən şəhər 2 nömrəli tam orta məktəb);
- Novruz Bayramı münasibətilə yeniyetmə və gənclər arasında alpaqut üzrə Şabran rayon açıq birinciliyi - 15-16 mart, saat 10:00 (Şabran rayonu, UGİM-in idman zalı);
- Novruz bayramına həsr olunmuş cüdo üzrə UGİŞM-in birinciliyi - 16-17 mart, saat 11:00 (Qusar şəhər güləş zalı).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş gənclər arasında futbol üzrə rayon turnirinin qrup oyunları - 12 -17 mart, saat 14:00 (Masallı rayonu, Ərəb kənd stadionu);
- Novruz bayramı münasibətilə milli idman növləri (kəndirlə mübarizə, nərd) üzrə yarışlar - 14 mart, saat 15:00 (Masallı rayonu, Nizami Gəncəvi adına xatirə parkı);
- Novruz bayramına həsr olunmuş məktəblilər arasında futzal üzrə Astara rayon turniri - 14 mart, saat 10:00 (Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəb);
- 2007-2009-cu il təvəllüdlü qızlar arasında voleybol yarışı - 15 mart, saat 11:00 (Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü lisey);
- Novruz Bayramına həsr olunmuş kunq-fu üzrə rayon turniri - 15 mart, saat 11:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- "Stolüstü tennis hamı üçün" idman tədbiri - 15 mart, saat 11:30 (Yardımlı rayonu, Çayüzü kənd tam orta məktəbi);
- Kəndirlə mübarizə üzrə ölkə kuboku - 16 mart, saat 9:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Novruz bayramı münasibətilə qızlar arasında gimnastika üzrə rayon turniri - 16 mart, saat 11:00 (Masallı Olimpiya İdman Kompleksi).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Novruz bayramına həsr olunmuş şahmat üzrə şəxsi birincilik - 12-16 mart, saat 15:00 (Zərdab Şahmat Dama klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində, stolüstü tennis üzrə gənclər və həvəskarlar arasında rayon birinciliyi - 13 mart, saat 14:30 (Ucar Gənclər evinin);
- "Sağlam gələcək'' layihəsi çərçivəsində futbol idman növündə nümunəvi çıxışlar - 14 mart, saat 15:30 (Mingəçevir şəhəri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində ağır atletika üzrə nümunəvi çıxışlar - 13 mart, saat 15:00 (Sabirabad rayonu, "Muğan ağır atletika" zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə nümunəvi çıxışlar - 13 mart, saat 10:00 (Beyləqan rayonu, 8 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 14 mart, saat 15:00 (Saatlı rayonu, V.Əsgərov adına 4 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində tennis üzrə nümunəvi çıxışlar - 14 mart, saat 14:30 (İmişli Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Kapoeyra üzrə yeniyetmə və gənclər arasında nümunəvi çıxışlar - 13 mart, saat 11:00 (Şəki Güləş klubu);
- 2010-2012-ci il təvəllüdlü oğlanlar və qızlar arasında basketbol üzrə rayon birinciliyi - 14-15 mart, saat 10:00 (Oğuz rayonu, Nail İbrahimli adına məktəb lisey);
- Məktəblilər arasında voleybol üzrə rayon birinciliyi - 15 mart, saat 15:00 (Zaqatala Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yeniyetmə qız və oğlanlar arasında futbol üzrə nümunəvi çıxışlar - 15 mart, saat 11:00 (Balakən Olimpiya İdman Kompleksi).
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- 60 metr məsafəyə qaçış üzrə məktəbli qızlar arasında Cəbrayıl rayon birinciliyi - 12 mart, saat 10:00 (Cəbrayıl rayonu, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsi);
- Basketbol üzrə 14-15 yaşlı oğlanlar arasında Laçın rayon birinciliyi - 16 mart, saat 10:00 (Laçın rayonu, Abşeron rayonu, 21 nömrəli Laçın tam orta məktəbi).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Həndbol üzrə Şirvan şəhər birinciliyi – 12-13 mart, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Stolüstü tennis hamı üçün” devizi ilə nümunəvi çıxışlar - 12 mart, saat 15:00 (Salyan şəhər 9 saylı tam orta məktəb);
- Futzal üzrə Navahı zona birinciliyi - 14-15 mart, saat 12:00 (Hacıqabul rayonu, Navahı qəsəbə 2 nömrəli tam orta məktəbi);
- Novruz bayramı münasibətilə ağırlıqqaldırma üzrə rayon birinciliyi – 16-17 mart, saat 10:00 (Neftçala rayonu, Xolqarabucaq kəndi).

İdman.biz

Məqalədə: