Gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulayı qəbul edib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Albaniya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
