Gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, eləcə də gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
