Bakıda universitetlərdə dərslər 3 gün onlayn keçiriləcək

22 Sentyabr 2026 21:29
18
Bakıda universitetlərdə dərslər 3 gün onlayn keçiriləcək

Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi 3 gün müddətində distant formada təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin müvafiq əmri imzalanıb.

Qərara əsasən, sentyabrın 23-dən 25-dək paytaxtdakı ali təhsil müəssisələrində dərslər məsafədən keçiriləcək.

Qeyd olunur ki, qərar "Formula-1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə qəbul edilib.

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

İdman.Biz