Olimpiya çempionundan oğluyla bağlı radikal qərar - FOTO

22 Sentyabr 2026 13:40
243
Olimpiya çempionundan oğluyla bağlı radikal qərar - FOTO

Polşanın xizək sürmə üzrə sabiq idmançısı, ikiqat Olimpiya çempionu Yustina Kovaltçik-Tekieli ailəsində tətbiq etdiyi maraqlı qadağanı açıqlayıb.

İdman.Biz xəbər verir ki, 43 yaşlı sabiq idmançı sosial şəbəkədə paylaşım edərək beş yaşlı oğlu Hüqonun düz bir ildir heç bir ekranla təmasda olmadığını bildirib.

Kovaltçik-Tekieli qərarı ötən il verib. O, zarafatla yalnız oğlunun ona əşyaları daşımağa kömək etdiyi zaman ekranla “təmas” qurduğunu qeyd edib. Sabiq idmançı paylaşımına pilləkəndə kiçik qırmızı çanta daşıyan oğlunun fotosunu da əlavə edib.

Ana və oğul boş vaxtlarının böyük hissəsini birlikdə, xüsusilə dağlarda keçirirlər. Hüqonun ad günü ərəfəsində onlar Tatra dağlarına da səfər ediblər. Kovaltçik-Tekieli həmin gəzintidən görüntüləri sosial şəbəkədə paylaşıb.

Sabiq idmançı daha əvvəl Polşa Radiosunun podkastında həyatının böyük hissəsini işə və oğluna ayırdığını, buna baxmayaraq hər gün məşq üçün iki saat vaxt saxladığını bildirmişdi. O, idmanın həyat yoldaşı Kamila Tekielinin 2023-cü ildə ölümündən sonrakı ağır dövrdə ona psixoloji baxımdan çox kömək etdiyini də söyləyib.

İdman.Biz