AMADA “Qarabağ”ın U-19 komandası üçün seminar keçirib - FOTO

21 Sentyabr 2026 16:45
48
AMADA “Qarabağ”ın U-19 komandası üçün seminar keçirib - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandası üçün antidopinq maarifləndirmə seminarı keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.

Bildiirilib ki, tədbirdə iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, antidopinq qayda pozuntuları, 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan əsas dəyişikliklər barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, dopinqdən istifadənin sağlamlıq üçün yaratdığı risklər, idmançı karyerasına mənfi təsirləri, antidopinq qayda pozuntularının nəticələri və təmiz idmanın əhəmiyyəti vurğulanıb.

İnteraktiv formatda təşkil edilən seminar zamanı gənc futbolçuları maraqlandıran suallar cavablandırılıb, onların antidopinq sahəsində bilik və məlumatlılığının artırılmasına dəstək göstərilib.

İdman.Biz