Azərbaycanın tanınmış idmançıları yol təhlükəsizliyi kampaniyasına qoşuldu - FOTO

21 Sentyabr 2026 14:29
40
Azərbaycanın tanınmış idmançıları yol təhlükəsizliyi kampaniyasına qoşuldu - FOTO

Gənclər və İdman Nazirliyi ilə Daxili İşlər Nazirliyi yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayıb.

İdman.Biz xəbər verir ki, “Dəbilqəsiz yola çıxma - həyat ən böyük qələbədir” adlı kampaniyanın əsas çağırışı skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74 faiz, ağır baş xəsarəti riskini isə 60 faiz azaldır.

Kampaniyanın məqsədi dəbilqə istifadəsini sürücülər üçün gündəlik vərdişə çevirmək və onun yol təhlükəsizliyindəki əhəmiyyətini diqqətə çatdırmaqdır.

Maarifləndirmə kampaniyasına Azərbaycanın tanınmış idmançıları da qoşulub. Onlar öz mesajları ilə idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərarların həyati əhəmiyyət daşıdığını vurğulayıblar.

Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyi kampaniyası – “Make A Safety Statement”dən ilhamlanaraq hazırlanıb.

İdman.Biz