Yaponiyanın tanınmış bodibilderi Tosisuke Kanadzanava 90 illik yubileyini qeyd etdikdən cəmi bir gün sonra Hiroşimada keçirilən “Japan Masters” çempionatında səhnəyə çıxıb və qalib gəlib.
İdman.Biz xəbər verir ki, Kanadzanava “85 yaş və yuxarı” kateqoriyasında mübarizə aparıb və birinci yeri tutub.
Bu, onun karyerasında artıq 19-cu titul olub.
Qazandığı titulların sayı Kanadzanavanın uzun illər ərzində bu idman növü ilə müntəzəm məşğul olduğunu və fəaliyyətinə olan marağını onilliklər boyunca qoruyub saxladığını göstərir.
