“Harringtons Auctions” hərrac evi noyabrın 27-də “İdman əfsanələri” adlı hərrac keçirəcək.
İdman.Biz xəbər verir ki, hərraca basketbol, futbol, hokkey, beysbol və digər idman növlərinin tarixi ilə bağlı 204 lot çıxarılacaq.
Ən qiymətli eksponatlardan biri əfsanəvi amerikalı basketbolçu Uilt Çemberlenin “San Dieqo Konkistadors” klubunda çıxış etdiyi dövrə aid 13 nömrəli qızılı rəngli oyun formasıdır. Təşkilatçılar onun satışından 50-100 min Kanada dolları əldə etməyi gözləyirlər.
Hərracın diqqətçəkən digər lotları arasında argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldunun avtoqrafları olan futbol butsları da yer alıb.
Bundan başqa, hərrac iştirakçıları əfsanəvi kanadalı hokkeyçi Ueyn Qretskinin 1982/1983 mövsümündə istifadə etdiyi və üzərinə avtoqrafını yazdığı hokkey çubuğunu da əldə edə biləcəklər.
