“Sabah” - “Barselona” matçına gələnlərə xüsusi fürsət: Gediş haqqı 1 qəpik olacaq

25 Noyabr 2026 14:03
46
“Sabah” - “Barselona” matçına gələnlərə xüsusi fürsət: Gediş haqqı 1 qəpik olacaq

Bakıda “Sabah” - “Barselona” oyunu münasibətilə ictimai nəqliyyatda xüsusi kampaniya keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə “BakıKart” məlumat yayıb.

Bildirilib ki, noyabrın 25-də saat 18:00-dan noyabrın 26-da saat 01:00-dək “Mastercard” kartları ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə təmassız ödəniş edən sərnişinlər hər gediş üçün cəmi 1 qəpik ödəyəcəklər.

“BakıKart” və “Mastercard” tərəfindən UEFA Çempionlar Liqası çərçivəsində təşkil olunan kampaniya yerli və xarici banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartlarına şamil olunur.

Güzəştdən NFC ödənişlərinin mümkün olduğu metro və avtobuslarda yararlanmaq mümkündür. Kampaniya müddətində güzəştli gedişlərin sayına heç bir məhdudiyyət qoyulmur.

İdman.Biz