Masallı Azərbaycanın 2028-ci il üçün “İdman Paytaxtı” seçildi

26 Noyabr 2026 21:48
62
Masallı Azərbaycanın 2028-ci il üçün “İdman Paytaxtı” seçildi

Azərbaycanın 2028-ci il üçün “İdman Paytaxtı” və “Gənclər Paytaxtı” müəyyənləşib.

İdman.Biz xəbər verir ki, noyabrın 26-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında keçirilən səsvermənin nəticələrinə əsasən, Masallı “İdman Paytaxtı” seçilib.

Tərtər isə 2028-ci ildə Azərbaycanın “Gənclər Paytaxtı” statusunu daşıyacaq.

Qeyd edək ki, bu statuslar çərçivəsində il ərzində müvafiq şəhərlərdə gənclər və idman sahələri üzrə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

İdman.Biz