400 metr məsafəyə qaçış üzrə Fransanın keçmiş çempionu Tumani Kulibali sentyabrın 16-da seksual xarakterli fotoların yayılması hədəsi ilə hədə-qorxu gələrək tələb irəli sürməyə görə 10 ay müddətinə azadlıqdan məhrum edilib.
İdman.Biz xəbər verir ki, bu, 2006-cı ildən etibarən atletin 18-ci məhkumluğudur. Kulibali həmçinin Esson departamentindəki şəhərlərdən birinə getmək qadağasını pozduğuna görə də cəzalandırılıb. İdmançı zərərçəkənə 1500 avro ödəməlidir.
Kulibalinin daha əvvəl də qanunla problemləri olub. O, Sena və Marna, eləcə də Val-de-Marn departamentlərində 40-a yaxın mənzildə oğurluq etməkdə təqsirli bilinib.
Ümumilikdə Kulibali həbsxanada dörd il keçirib və cəzasının bir hissəsini mülki islah kolaniyasında çəkib.
