Gənclər və idman naziri Fərid Qayıbov Serbiya Respublikasının idman naziri Zoran Qayiçi qəbul edib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviç də iştirak ediblər.
