Azərbaycan İdman Akademiyası (ASA) “UI GreenMetric World University Rankings 2026” beynəlxalq reytinqində ötən illə müqayisədə 296 pillə irəliləyərək 4595 bal toplayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
“UI GreenMetric” ali təhsil müəssisələrinin dayanıqlı inkişaf və ekoloji fəaliyyətini kampus infrastrukturu və ətraf mühit, enerji və iqlim, tullantı və su ehtiyatlarının idarə olunması, nəqliyyat, təhsil və tədqiqat, eləcə də idarəetmə və rəqəmsallaşma istiqamətləri üzrə qiymətləndirir.
ASA-nın reytinqdəki irəliləyişi dayanıqlı inkişaf prinsiplərinin institusional fəaliyyətə inteqrasiyası, resurslardan səmərəli istifadə və ekoloji təşəbbüslərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir.

Qeyd edək ki, “UI GreenMetric 2026” ASA-nın 2026-cı ildə əhəmiyyətli irəliləyiş əldə etdiyi ikinci beynəlxalq reytinqdir.
